» » Azərbaycanlı ekstrasens qazax tələbəsinin meyitini tapdı

Azərbaycanlı ekstrasens qazax tələbəsinin meyitini tapdı

Azərbaycanlı ekstrasens qazax tələbəsinin meyitini tapdı

“İtkin düşənin qohumları mənə fevral ayının 9-da müraciət ediblər”.

Fevral ayının 3-də Astanada Ust-Kamenaqorskdan olan, paytaxtın Tibb Universitetinin 6-cı kursunda təhsil alan 23 yaşlı tələbə Yerasıl Abubəkirov itkin düşüb, YK-news.kz məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, itkin düşmüş oğlanın bir həftə davam edən axtarışları nəticə verməyib.

Bu gün Astananın Daxili İşlər Departamenti Yerasılın fevral ayını 10-da ölü tapıldığı barədə məlumat yazıb.

Ölən oğlanın cəsədinin yerini onun qohumlarına Azərbaycandan Qazaxıstanın paytaxtına xüsusi olaraq Yerasılın axtarışı üçün gələn ekstrasens Kamran Səmədov bildirib.

“İtkin düşənin qohumları mənə fevral ayının 9-da müraciət ediblər və növbəti gün mən Astanaya gəldim. Valideynlərinə Yerasılı sağ görmədiyimi dərhal dedim. Onlara oğullarının cəsədinin haradasa ya qar altında, ya da zirzəmidə soyuq bir yerdə olduğunu dedim. Xəritədə yeri göstərdim, elə həmin gecə polislər orada qətlə yetirilmiş oğlanın cəsədini tapdılar.

Mən hüquq-mühafizə orqanlarının məhz mənim göstərdiyim yerdə qəsdən axtarış aparmaları və ya cəsədi axtarış tədbirləri nəticəsində tapdıqlarını bilmirəm.  Əgər qohumları mənə onun itkin düşdüyü gün müraciət etsəydilər, onu bəlkə də sağ tapmaq mümkün olardı. Onu dərhal öldürməyiblər, onu döyüblər”, - Kamran Səmədov bildirib.

Ekstrasens hadisəni təfərrütlarını öz təhlükəsizliyi üçün narahat olduğundan danışmadı.

“Əgər hüquq mühafizə orqanları mənə qatilin axtarışında rəsmən müraciət etsələr və təhlükəsizliyimi təmin etsələr, mən yardım edərəm. Başqa heç nə deyə bilmərəm”, - Kamran Səmədov bildirib.

Xatırladaq ki, Yerasılın qətlində şübhəli bilinən üç nəfər saxlanılıb. Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.