» » Meksikada türmədə qiyam zamanı 50 nəfər ölüb

Meksikada türmədə qiyam zamanı 50 nəfər ölüb

Meksikada türmədə qiyam zamanı 50 nəfər ölüb

Cinayətkarlar binanı yandırıblar.

Fevralın 11-də Meksikanın Topo Çiko türməsində məhbuslar qiyam qaldırıblar.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə yerli Milenio.com informasiya portalı məlumat yayıb.

Nuevo-Leon ştatının höküməti artıq vəziyyəti nəzarətə aldığını bildirib.

Dövlət İstintaq Agentliyinin nüməyəndəsi qiyam zamanı aralarında nəzarətçilər də olmaqla 50 nəfərin öldüyünü, 70 nəfərin isə yaralandığı barədə məlumat verib. Qeyd olunur ki, bir neçə məhbus qaçmağa müvəffəq olub. Hələlik şəhər hakimiyyəti ölən və yaralananların adlarını açıqlamayıb.

Yanğınla müşahidə olunan qiyam gecə yarısı həsbxananın ən qədim hissəsində başlayıb. Şahidlərin məlumatına görə, bir qrup məhbus həbsxananın binalarından birini ələ keçiriblər və nəzarətçilərin diqqətini yayındırmaq üçün binanı yandırıblar.

Hadisə yerinə Meksika Silahlı Qüvvələri və polis bölmələri cəlb edilib. Xüsusi xidmət orqanlarının əməkdaşlarının kütləvi qaçışın qarşısını almaq üçün həbsxananı mühasirəyə alıblar.

CNN Expansion nəşrinin məlumatına görə, məhbusların və həbsxana işçilərinin qohumları yerli hökümətdən yaxınları barədə məlumat ala bilmirlər.