» » Ərdoğan BMT-nin yardımından danışdı: Ayıbdır, biabırçılıqdır...

Ərdoğan BMT-nin yardımından danışdı: Ayıbdır, biabırçılıqdır...

Ərdoğan BMT-nin yardımından danışdı: Ayıbdır, biabırçılıqdır...

“Biz etməli olduğumuzu etdik”.

Rusiyanın və Əsəd rejiminin dinc əhaliyə hücumları Suriyadan qaçqın axınının əsas səbəbidir.

ucarliyiq.biz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Gənc İş adamları Konferderasiyasının (TGİK) Baş Assambleyasında çxış edərkən bəyanat verib.

Ərdoğan təcavüzkara qarşı durmaq əvəzinə, Türkiyəni Suriyadan gələn yeni qaçqınları qəbul etməyə çağıran  BMT-nin mövqeyini qeyri-səmimi adlandırıb.

“O zaman BMT-nin funksiyası nədən ibarətdir? Qaçqınların saxlanılmasına 10 milyard dollar xərcləyən Türkiyəyə BMT hansı maliyyə dəstəyini göstərib? 455 milyon dollar! Ayıbdır və biabırçılıqdır...” – türk dövlətinin rəhbəri bəyan edib.

Bununla əlaqədar o:

“Birləşmiş Millətlər Təşkilatının təyinatı bundan ibarətdir?” sualını verib.

“Digər ölkələr nə qədər qaçqın qəbul ediblər? 100, 300, 500 və ya min nəfər. İnciməyin, amma biz sadəlövh deyilik. Biz səbir nümayiş etdiririk, amma bunun da bir həddi var, sonra lazımi addımları atırıq. Bizə ağıl verənləri, BMT-nin digər üzv ölkələrini də öz ölkəsində qaçqınları qəbul etməyə çağırmağı tövsiyə edirəm. Biz qaçqınları bu ölkələrə yollayarıq”, - prezident qeyd edib.

O həmçinin Aİ ölkələrinin qaçqınlara yardım üçün vəsaitin ayırılması qərarına da diqqət çəkib.

“Bizə ayırdığınız 3 milyard avronun təyinatı nədən ibarətdir? Qaçqınlar üçün! Bu proses bu qəbildən olan vəziyyətin qaldığı müddət ərzində davam etməlidir”, - Ərdoğan vurğulayıb.

O, diqqəti Türkiyənin artıq qaçqınların dəstələnməsi üçün milyardlarla dollar sərf etdiyini vurğulayıb.

“Biz bu vəsaiti hardansa pulun gələcəyinə ümid edərək xərcləməmişik. Bu bizim qonaqpərvərliyimizin göstəricisidir. Biz eləməli olduğumuzu etdik. Bu bizi qıra bilmədi, bundan sonra da belə olacaq, yardım etməyə davam edəcəyik. Bu bizim xarakterimizdədir”, - Türkiyə prezidenti bildirib.