» » Türk rejissor: "Azərbaycanda rejissorlar arvadlarını ya da....çəkirlər" (FOTO)

Türk rejissor: "Azərbaycanda rejissorlar arvadlarını ya da....çəkirlər" (FOTO)

Türk rejissor: "Azərbaycanda rejissorlar arvadlarını ya da....çəkirlər" (FOTO)

Türkiyəli rejissor - ssenarist Battal Qazi Karabulak Azərbaycan kinosunun bugünki vəziyyətini sərt tənqid etdi. Azərbaycan tarixindən kino çəkməyə başlamış rejissor ANS PRESS-ə açıqlamasında, kinomuzunda yaranmış acınaqlı vəziyyətdə olduğunu söylədi:
"Azərbaycanda rejissorlar və filmi maliyyələşdirənlər baş rollara öz arvadlarını və ya dostlarını çəkirlər. Biz tamamilə bu tendensiyanın əksinəyik. Kinonun uğuru aktyor seçimindən asılıdır. Güclü aktyorla zəif ssenarini tamaşaçıya sevdirmək olar. Bizim hazırda çəkilişlərinə start verməyə hazırlaşdığımız "Bir ovuc sonsuzluq" filminə peşəkarlığına tam əmin olduğumuz istedadlı aktyorlar seçmişik. Bu məsələdə olduqca tələbkarıq. Bilirəm, Rəqsanə xanımın qızı Aysunun, telejurnalist Nərgiz Əliyevanın bizim filmdə rol alması birmənalı qarşılanmadı. Hər ikisnin aktyorluq qabiliyyətinə inanmasaydıq, çəkilmələrinə icazə verməzdik". - deyən Battal Qazi Karbulak, utancverici tendesiyanın peşəkar və isdedadlı aktyorların kənarda qalması ilə kinonun məhvinə səbəb ola biləcəyini bildirdi.
Türkiyə və Azərbaycanın yaradıcı insanlarını bir araya gətirən “Bir ovuc sonsuzluq” filminin rejissorları Battal Qazi Karabulak və azərbaycanlı rejissor Murad Abdullayevdir. Azərbaycan tarixini anladacaq filmin sujet xətti bir ailə dramının üstündə qurulub. Dram janrında çəkiləcək filmdə Türkiyədən dəvət olunmuş aktyorlarla bir da yer alacaq. Onların arasında “Kurdlar vadisi” serialında Kılıc obrazını canlandıran Səlcuq Özer də olacaq. Filmi təkcə ölkəmizdə deyil, Türkiyədə də nümayiş olunacaq.
Battal Qazi Karabulak çəkilişlərinə 5-10 sentyabr tarixləri arasında start veriləcəyini və çəkiliş prosesinin 1 ay nəzərdə tutulduğunu bildirdi. Çəkilişlər İsmayıllı rayonunun İvanovka və Quba rayonunun Xınalıq kəndində aparılacaq.
Türk rejissor: "Azərbaycanda rejissorlar arvadlarını ya da....çəkirlər" (FOTO)

"Bir ovuc sonsuzluq" filminin yaradıcı heyəti