» » ABŞ-da məscidi güllələyən amerikalını ağır cəza gözləyir

ABŞ-da məscidi güllələyən amerikalını ağır cəza gözləyir

ABŞ-da məscidi güllələyən amerikalını ağır cəza gözləyir

Ona nifrət zəmnində cinayət törətməkdə ittiham irəli sürülüb.

ABŞ-ın Konnektikut ştatında məscidə atəş açmış amerikalıya 20 ilədək həbs cəzası verilə və 250 min dollar məbləğində cərimə kəsilə bilər.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, Xartford şəhərində keçirilən məhkəmə iclasında 48 yaşlı Ted Heki barəsində hökmün mayın 10-da elan ediləcəyi bildirilib.

Müttəhim etiraf edib ki, 2015-ci ilin noyabrın 14-də Parisdə törədilən silsilə terror aktları barədə məlumatı eşitdikdən sonra Meriden şəhərindəki evinin qarşısında yerləşən məscidə atəş açıb.  

Heki  digər dinə etiqad edənlərə qarşı nifrət zəmnində odlu silah tətbiq edərək cinayət törətməkdə, dini idarənin binasına zərər vurmaqda ittiham edilir.

Yerli prokuror Dreydre Dali onun cəzasının yumşaldılaraq bir il iki aya qədər azaldılacağını istisna etmir.

Amerikalı səhər tezdən atəş açıb və heç kimi yaralamayıb. Məsciddə həmin an heç kim olmayıb.