» » Suriyada bir həftəlik sülh bərqərar oldu

Suriyada bir həftəlik sülh bərqərar oldu

Suriyada bir həftəlik sülh bərqərar oldu

Hərbçilər arasında birbaşa əlaqələr yaradılmalıdır.

Münhendə Suriyaya dair keçirilən danışıqlarda tərəflər arasında bir həftə ərzində Suriyada atəşin dayandırılmasına dair razılıq əldə edilib. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

Suriyaya Dəstək Beynəlxalq Qrupunun yekun bəyanatında qeyd olunur ki, məsləhətləşmələrdən sonra müxalifət və hökumət razılaşdırılmış tədbirlərin icra ediləcəyinə dair üzərilərinə öhdəlik götürməlidirlər.    

“Müvafiq məsləhətləşmələrdən sonra müxalifət və hökumətin təsdiqindən sonra bir həftə ərzində hərbi əməliyyatlar dayandırılacaq”, - sənəddə deyilir.

Rusiya XİN rəhbəri Sergey Lavrov qeyd edib ki, atəşkəs rejimi BMT TŞ tərəfindən terror təşkilatları kimi tanınan qruplaşmalara şamil edilməyəcək.

O həmçinin Vaşinqton və Moskva hərbçiləri arasında birbaşa təmasların qurulmasının vacib olduğunu vurğulayıb.

Daha öncə Almaniya XİN rəhbəri Frank Valter Ştaynmayer də danışıqlar zamanı ABŞ və Rusiya hərbçilərinin Suriyada əlaqələndirilməsinin genişləndirilməsinə dair razılıq əldə olunduğunu bildirmişdi.