» » Gürcüstanda iri metallurgiya zavodu bağlandı

Gürcüstanda iri metallurgiya zavodu bağlandı

Gürcüstanda iri metallurgiya zavodu bağlandı

Müəssisə Azərbaycana da məhsul satır.

Gürcüstanda iri metallurgiya zavoduna rəhbərlik edən “Rustavskaya stal” MMC-nin rəhbərliyi, məhsuluna tələbat olmadığına görə müəssisənin kollektivini öz hesabına məzuniyyətə göndərib.

ucarliyiq.biz “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Gürcüstan KİV məlumat yayıb.

Fəhlələrin sözlərinə görə, bu ərəfədə müəssisənin rəhbərliyi metallurgiya bazarında qlobal böhran ucbatından ən azı bir ay zavodun fəaliyyətini dayandırmaq məcburiyyətində olduqlarını bildiriblər. Bu qərar əməkdaşların etirazına səbəb olub, belə ki, onlar öz ailələrini təmin edə bilməyəcəklərindən qorxublar. 

Zavodun rəhbərliyi əməkdaşlarına kredit öhdəliklərinin vaxtının uzadılmasında və mart ayının 10-da əmək fəaliyyətlərini bərpa edilməsini vəd edib.   

“Biz əməkdaşlarımıza banklar qarşısnda öhdəliklərinin yerinə yetirilməsində vasitəçilik etməyə çalışacağıq. Məhsula olan tələbat artan kimi işçilər müəssisəyə qayıdacaqlar.

Əgər mart  ayının 10-da tələbat olmasa, başqa tədbirlərə əl atacağıq, amma əməkdaşların əksəriyyəti işinə davam edəcək” – zavodun baş direktorunun müavini Arçil Çekadze jurnalistlərə bildirib.

“Rustavskaya stal” MMC polad borular və armatur istehsal edir, istehsalat həcmi ildə 200 min tondur, məhsulun 80%-ə yaxını Ermənistan, Azərbaycan və digər ölkələrə ixrac edilir.