» » Rusiyada Heydər Əliyevə abidə ucaldıla bilər

Rusiyada Heydər Əliyevə abidə ucaldıla bilər

Rusiyada Heydər Əliyevə abidə ucaldıla bilər

“Bu dostluğun, minnətdarlığın nişanıdır”.

Buryatiyadan senatou Arnold Tuloxonov Azərbaycanın sabiq prezidenti Heydər Əliyevə abidə ucaltmağı təklif edib.

ucarliyiq.biz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu o, jurnalistlərə deyib.

“Abidə Severobaykalskda qoyulmalıdır. O, xalqlar dostluğuna və Baykal-Amur magistralının (BAM) tikintisinə həsr olunacaq”, - deyərək A.Tuloxonov vurğulayıb və xatırladıb ki,  bu il BAM-ın“Anqoya” stansiyasına ilk qatarın gəlməsindən 35 il keçir. Bu stansiyanı azərbaycanlılardan ibarət dəstə tikib.

“Bu, dostluq, minnətdarlığın nişanı olacaq, - deyə, Federasiya Şurasının üzvü izah edib. – Heydər Əliyev hökümətin vitse-premyeri rütbəsində olarkən, bu, ümumittifaq tikintisinə nəzarət edirdi”.

A.Tuloxonovun sözlərinə görə, hazırda gələcək postamentin eskizləri işlənib hazırlanır. Layihənin həyata keçirilməsinə Azərbaycanın Buryatiyadakı diasporu cəlb edilib.

“Məlumdur ki, artıq layihəni büccədənkənar mənbələr hesabına maliyyələşdirməyə hazır olan təşəbbüs qrupu var”, - deyə o əlavə edib.
Senator əminliklə deyib ki, məhz bu cür layihələr ölkədə vətənpərvərlik və xalqlar dostluğu idayasını inkişaf etdirməyə və möhkəmlətməyə kömək edəcək.