» » İnterpol Xodorkovskini beynəlxalq axtarışa verməkdən imtina etdi

İnterpol Xodorkovskini beynəlxalq axtarışa verməkdən imtina etdi

İnterpol Xodorkovskini beynəlxalq axtarışa verməkdən imtina etdi

Moskva bürosu qaydaları pozub.

İnterpol Rusiyanın “YUKOS” neft şirkətinin sabiq rəhbəri Mixail Xodorkovskini beynəlxalq axtarışa verməkdən imtina edib.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə TASS agentliyinə təşkilatın Lion şəhərində yerləşən qərargahından məlumat verilib.

“İnterpolun Baş katibliyi bu sorğunun təşkilatın qaydalarına uyğun olmamasını müəyyən edib. Bu barədə təşkilatın Moskva İdarəsinə məlumat göndərilib”, - Baş ofisdə bildiriblər.

Məlumatda həmçinin qeyd olunur ki, İnterpolun Moskva bürosu Baş Ofisin xəbəri olmadan Xodorkovskini beynəlxalq axtarışa verməklə qaydaları pozub.