» » Putini mühakimə etməyəcəklər

Putini mühakimə etməyəcəklər

Putini mühakimə etməyəcəklər

Məhkəmə Navalnının iddiasına baxmaqdan imtina edib.

Moskvanın “Tverskoy” məhkəməsi müxalifətçi Aleksey Navalnının Rusiya prezidenti Vladimir Putinə qarşı şikayət ərizəsinə baxmaqdan imtina edib.

ucarliyiq.biz məlumatına görə, bu barədə məhkəmənin mətbuat katibi Anastasiya Dzürko bildirib.

“Məhkəmənin qəbul etdiyi qərara əsasən, Aleksey Navalnının Rusiya Federasiyasının prezidenti Vladimir Putinə qarşı iddiasına baxılmaqdan imtina olunub”, - A.Dzürko deyib. 

Qeyd edək ki, Navalnının fikrinə görə, Rusiya prezidenti, 2015-ci ilin oktyabrında SİBUR şirkətinə Milli Rifah Fondundan vəsait ayırarkən maraqların münaqişəsinin olduğunu bildirmədiyi üçün  “Korrupsiyaya qarşı fəaliyyət haqqında” federal qanunu pozub.