» » ABŞ Suriyaya qoşun yeritməklə hədələdi

ABŞ Suriyaya qoşun yeritməklə hədələdi

ABŞ Suriyaya qoşun yeritməklə hədələdi

“Dünya ictimaiyyətinin üzvləri axmaq kimi kənarda oturmayacaqlar”.

Əgər Dəməşq, Rusiya və İran hakimiyyəti atəşkəs sazişinin şərtlərini yerinə yetirməsələr, bu, Suriyaya “əlavə quru qoşunlarının” yeridilməsi ilə nəticələnəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri “Orient” telekanalına verdiyi müsahibəsində bildirib.

“Əgər Suriya prezidenti Bəşər Əsəd öz öhdəliklərini yerinə yetirməsə, iranlılar və rusiyalılar isə vəd etdikləri kimi onu buna məcbur etməsələr... o zaman dünya ictimaiyyəti üzvləri axmaq kimi kənarda oturub bunu seyr etməyəcəklər”, - Kerrinin sözlərini “İnterfaks” sitat gətirib.

Dövlət Departamentinin rəhbəri Moskvadan atəşkəsə riayət edilməli rayonlarda bombardmanların dayandırılmasını tələb edib və yenidən Rusiyanı Suriyada mülki obyektlərə aviazərbələr vurmaqda ittiham edib.

O, həmçinin münaqişədə “Hizbullah” yaraqlılarının və İraqdan olan döyüşçülərin Əsəd tərəfdən döyüşməsinin əleyhinədir, Kerri, onlara Suriyada yer olmadığını və tezliklə öz vətənlərinə qayıtmalı olduqlarını deyib.

Bundan başqa Kerri, Suriyada birliyin qorunub saxlanılması üçün siyasi həlli tapmağa çağırıb. O qeyd edib ki, ABŞ Suriyanın mövqeyini terrorçuların mövqeyindən dəqiq fərqləndirir, sonuncuların sırasına “insanları etnik və ya dini mənsubiyyətinə” görə öldürənləri daxil edir.

Əsədin gələcəyindən danışarkən Kerri, ABŞ və müttəfiqlərinin Suriyada sülhün Əsəd istefa verməyənə qədər bərqərar olmayacağını hesab etdiklərini xatırladıb.

“Biz hesab edirik ki, Əsəd hakimiyyətin ötürülməsinə yardım etməli, öz ölkəsinin bərpasına yardım edəcək azad seçkilər keçirəcəyini elan etməlidir”, - dövlət katibi bildirib.

Fevralın 12-də Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib ki, ABŞ Rusiyadan Suriya müxalifətinə aviazərbələrin endirilməsinin dayandırılmasını və Suriya prezidenti Bəşər Əsədi dəstəkləməsinə son qoymasını gözləyir.

O həmçinin vurğulayıb ki, əgər Əsəd Suriya münaqişəsinin hərbi yolla həll olunacağını düşünürsə, yanılır.  

Daha öncə həmin gün Pentaqon rəhbəri Eşton Karter Suriya müxalifətinə Səudiyyə Ərəbistanının və BƏƏ xüsusi təyinatlılarının yardım edəcəyini vəd etmişdi.