» » Türkiyədə meyvə istehsalçıları çətin vəziyyətdədirlər

Türkiyədə meyvə istehsalçıları çətin vəziyyətdədirlər

Türkiyədə meyvə istehsalçıları çətin vəziyyətdədirlər

“Xərcləri qarşılaya bilmirik”.

Rusiya böhranından sonra, geri göndərilən və anbarlarda saxlanılan alma, armudun bazardakı qiymətləri yarıbayarı düşüb. 

ucarliyiq.biz bu barədə Zaman-a istinadən xəbər verir. 

Antalyanın meyvə anbarı kimi tanınan Korkuteli vilayətində yerləşən anbarlarda 140 min ton alma, armud, heyva Rusiyanın idxalat qapılarını bağlamasından sonra, alternativ bazarlara çıxarılması üçün gözləyir. 

Ötən il istehsalçılar Rusiyaya ixrac qapılarının açıq olması səbəbi ilə alma və armudun kilosunu 2 lirədən (1 manat 7 qəpik) satırdı. Bu il isə Rusiya böhranı ilə əlaqədar adıçəkilən meyvələri 1 lirəyə (53 qəpik) satmaq belə çətinləşib. 

Korkutelidə anbar sahiblərindən Bedri Sapmazın dediklərinə görə, əgər Rusiyaya ilə belə bir gərginlik olmasa idi, indi anbarlarda gözlənilən meyvələrin yarısından çoxu satılmış olacaqdı. 

O, bir daha vurğulayıb ki, hazırda vilayətin anbarlarında 140 min ton alma, armud, heyva alıcı gözləyir. 

Türkiyədə meyvə istehsalçıları çətin vəziyyətdədirlər

“Keçən il Rusiyaya ixrac qapıları açıq ikən margarite və Ankara armudunun kilosu 2 lirədən satılırdı. Rusiya yanvarın 1-dən qapılarını Türkiyədən olan meyvə istehsalçılarına qapılarını bağladıqdan sonra bazarda qiymətlər yarıdan çox düşüb.

Hazırda anbarlarda alıcı gözləyən ən keyfiyyətli margarite və Ankara armudunun kilosu 1 lirədir.  Almanın kilosunu isə keyfiyyətindən asılı olaraq 1 lirədən 1,25 lirə arasında satırıq. Hazırda daxili bazarda tələbatda çox aşağıdır. Rusiya böhranı meyvə istehsalçısı üçün çox böyük zərbə olub”, - deyə anbar sahibi qeyd edib. 

O, həmçinin bildirib ki, meyvə və tərəvəzin anbarlarda saxlanılmasına görə, 17 kuruş haqq ödənilir. Biz isə bu meyvələri 1 lirədən belə aşağı satırıq. Bu isə istehsalçının pul qazanmaq səylərini çətinləşdirir. 

Alma və armud istehsalçısı olan İsmayıl Gülcemal isə qeyd edib ki, alma və armudun qiymətinin hazırda 1 lirə olması çox aşağı rəqəmdir. Çəkilən xərclərin qarşılanması üçün armudun kilosunun 2 lirə, almanın isə 1,75 lirə olması şərtdir. 

O, qeyd edib ki, meyvə istehsalında xərclər çoxdu və əməklərinin qarşılığını ala bilmirlər.