» » Medvedev: Biz “soyuq müharibə” dövründəki vəziyyətə çatmışıq

Medvedev: Biz “soyuq müharibə” dövründəki vəziyyətə çatmışıq

Medvedev: Biz “soyuq müharibə” dövründəki vəziyyətə çatmışıq

“Mən bəzən düşünürəm: biz bu gün 2016-cı ildəyik, ya 1962-də? ”.

Rusiya və NATO arasındakı münasibətlər “soyuq müharibə” dövründəki vəziyyətə çatıb, NATO-nun rəsmi Moskva ilə siyasi xətti qapalı və soyuqdur.

ucarliyiq.biz-ın məlumatına görə, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedyev Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“NATO-nun Moskvaya münasibətdə siyasi xətti soyuq və qapalıdır. Demək olar ki, Rusiya ilə NATO arasında münasibətlər “soyuq müharibə” dövründəki vəziyyətə çatıb. Biz hər gün gah NATO-ya, gah da ümumilikdə Avropa ölkələrinə, ABŞ-a və digər ölkələrə təhdid yaratmaqda ittiham olunuruq. Rusların nüvə müharibəsini başlaması barədə qorxulu filmlər çəkirlər. Mən bəzən düşünürəm: biz bu gün 2016-cı ildəyik, ya 1962-də? ”.