» » Səudiyyə Ərəbistanı Türkiyəyə qoşun və qırıcılarını göndərdi

Səudiyyə Ərəbistanı Türkiyəyə qoşun və qırıcılarını göndərdi

Səudiyyə Ərəbistanı Türkiyəyə qoşun və qırıcılarını göndərdi

İncirlik hərbi bazası Suriya və Türkiyə sərhədində yerləşir.

Səudiyyə Ərəbistanı höküməti Türkiyənin İncirlik hərbi bazasına Suriyaya gözlənilən müdaxilə üçün qoşun və qırıcılarını göndərib.

ucarliyiq.biz The Independent nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlərin naziri Mövlüt Çavuşoğlu bildirib.

“Səudiyyə Ərəbistanı İŞİD-lə mübarizə üçün hazır olduğunu bildirib. Koalisiyanın hər iclası zamanı biz qeyd etmişik ki, İŞİD terror qruplaşmasına qarşı geniş miqyaslı əməliyyatın başlanması vacibdir. Əgər bizim belə bir strateqiyamız olsaydı, Türkiyə və Səudiyyə Ərəbistanı Suriyada yerüstü əməliyyata başlaya bilər”, - o deyib.

İncirlik hərbi bazası Suriya və Türkiyə sərhədində Ədən şəhərindən 8 kilometr aralıda yerləşir.