» » İran Avropanı neftlə doldurmağa hazırlaşır

İran Avropanı neftlə doldurmağa hazırlaşır

İran Avropanı neftlə doldurmağa hazırlaşır

“2 milyon barel yükü fransız Total-ı alıb”.

4 milyon barel neftlə yüklənmiş tankerlər 24 saat ərzində İrandan Avropaya yola düşəcəklər.

Bu barədə İran milli neft şirkətinin rəhbəri Ruknəddin Cavadinin bəyanatına istinadən Shana agentliyi məlumat yayıb, ucarliyiq.biz xəbər verir.

“2 milyon barel yük fransız Total-ı, yerdə qalan hissə isə Rusiya və İspaniya şirkətləri tərəfindən alınıb”, - deyə, Cavadi bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın birinci vitse-prezidenti Ehsaq Cahangiri 2016-cı ilin martında ölkəsindən neft ixracının sutkada 1,5 milyon barel olacağını bəyan etmişdi.

Cahangiri həmçinin martın 21-də başlayan növbəti İran ilində xaricə karbohidrogen ixracının sutkada 2 milyon barelə çatacağını təsdiqləyib.