» » Türkiyə vətəndaşları girov götürüldü (FOTO)

Türkiyə vətəndaşları girov götürüldü (FOTO)

Türkiyə vətəndaşları girov götürüldü (FOTO)

Türkiyə Xarici işlər Nazirliyi İŞİD və PKK tərəfindən qaçırıldığı iddia edilən 18 Türkiyə vətəndaşına dair açıqlama verib.
Ucarliyiq.biz xəbər verir ki, xarici işlər naziri Feridun Sinirlioğlu 18 Türkiyə vətəndaşının girov pulu almaq üçün qaçırıldıqlarını ehtimal etdiklərini deyib.
Sinirlioğlu bildirib ki, onları PKK, ya da İŞİD qaçırmayıb.
"İraqda qaçırılan türk işçilərin sağlanlığı yaxşıdır. Düşünürük ki, bunu terror qruplaşması olan PKK və İŞİD-ə heç bir aidiyyatı yoxdur. Bunun adi bir hadisə olduğunu hesab edirik" - deyə nazir bildirib.
Sinirlioğlu bildirib ki, qaçırılan şəxslərin xilas olunması istiqamətində aparılan tədbirlər davam etdirilir. O, bunun üçün hətta İraq rəsmiləri ilə də görüşdüyünü deyib.
İraq rəsmiləri böyük səylə qaçırılan türk vətəndaşlarını xilas etməyə çalışır. Xarici işlər naziri həmçinin onu da qeyd edib ki, ən qısa zamanda problemin həlli yolunu tapılacaq.
Qeyd edək ki, bundan əvvəl İŞİD İraqda türk diplomatlarını girov götürüb. Girovlar 110 gün sonra azad ediliblər. Türkiyənin Urfa şəhərinə gətirilərək təhvil verilən diplomatların sərbəst buraxılması ətrafında müxtəlif mülahizələr səslənib.
Belə iddialar irəli sürülürdü ki, prezident Tayyib Ərdoğanın İŞİD-ə qarşı NATO koalisiyasına qoşulmaması həlledici dönüş olub. İŞİD Türkiyənin ona qarşı hərbi əməliyyatlarda iştirak etmədiyini görüb, diplomatları azad edib.
Türkiyə vətəndaşları girov götürüldü (FOTO)

İraqda qaçırılan 18 Türkiyyə vətəndaşı