» » ABŞ-da terror təhlükəsi: Baş kəşfiyyatçı xəbərdarlıq etdi

ABŞ-da terror təhlükəsi: Baş kəşfiyyatçı xəbərdarlıq etdi

ABŞ-da terror təhlükəsi: Baş kəşfiyyatçı xəbərdarlıq etdi

Vaşinqton müsəlman ölkələrinə nəzarəti ələ keçirmək istəmir.

Terrorçular ABŞ-a hücumlar planlaşdıra bilərlər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə CBS-ə müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan bildirib.

“Mən gözləyirəm ki, onlar bunu etmək yaxud insanları bu hücumlara cəlb etmək üçün öz şəxsi heyətlərini, materialları və lazım olacaq hər bir şeyi keçirməyə (sərhəddən – red.) çalışacaqlar”, - deyə, o, bildirib.

Brennan həmçinin qeyd edib ki, terrorçular bu hərəkətləri ilə Qərb və müsəlman dünyası arasında münaqişə yaratmaq istəyirlər və vurğulayıb ki, ABŞ-ın onların (müsəlmanların – red.) ölkələrini nəzarət altına almaq istəyi barədə bəyanatlar həqiqətdən uzaqdır.