» » 20 müsəlman ölkəsi hərbi təlimlərə başlayır

20 müsəlman ölkəsi hərbi təlimlərə başlayır

20 müsəlman ölkəsi hərbi təlimlərə başlayır

Əsasən HHQ-nin təlimləri keçiriləcək.

Səudiyyə Ərəbistanında iştirakçı ölkələrin sayca ən çox olduğu hərbi təlimlər başlayır.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə “Aİ Arabiya” məlumat yayıb.

Ər-Riyadın rəhbərliyi altında keçirilən “manevrlərdə” dəvət ilə 20 ərəb və  islam ölkələrindən olan ordu bölükləri iştirak edəcək.

“Ra'du'ş Şimal” (Şimalın göy gurultusu) adlı hərbi manevrlər krallığın şimalında keçiriləcək.

Qoşunların yerləşəcəyi əsas məkan Hafr-əl-Batn yaşayış məntəqəsinin yaxınlığında kral Xalidin adını daşıyan hərbi baza olacaq.

Əsasən HHQ təlimləri keçiriləcək. Manevrlərə, eləcə də HƏM, motoatıcı, tank, artilleriya qoşunları, xüsusi təyinatlı və HDQ-nin dəstələri də cəlb edilib.

“Şimalın göy gurultusu”na cəlb edilən hərbçilərin, eləcə də hərbi texnikanın dəqiq sayı barədə məlumat verilmir.

Manevrlərdə iştirak edəcək xarici qoşunların avanqard hissələrini artıq krallığa gəldikləri bildirilib.