» » İsmət Yılmaz: Türkiyə Suriyaya qoşun göndərməyib

İsmət Yılmaz: Türkiyə Suriyaya qoşun göndərməyib

İsmət Yılmaz: Türkiyə Suriyaya qoşun göndərməyib

“Bizim əsgər göndərmək fikrimiz olmayıb”.

Türkiyənin müdafiə naziri İsmət Yılmaz bəyan edib ki, ölkə hakimiyyəti Suriyaya qoşun göndərməyib və bunu etməyə hazırlaşmır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 “Bu, həqiqət deyil. Bizim Suriyaya əsgər göndərmək fikrimiz olmayıb”, - o, Suriya XİN-in bəyanatını şərh edərkən bildirib.  

Daha öncə Suriya XİN pulemyot ilə təchiz edilmiş 12 pikala türk əsgərlərinin Suriya sərhədini keçməsinə dair məlumat yaymışdı.  

Pikapların 100 silahlı adamın müşayiət etdiyi və bu adamların içində türk, eləcə də muzdluların ola biləcəyi qeyd edilmişdi.