» » Qətər Suriyada yerüstü əməliyyatlarda iştirak etməyə hazırdır

Qətər Suriyada yerüstü əməliyyatlarda iştirak etməyə hazırdır

Qətər Suriyada yerüstü əməliyyatlarda iştirak etməyə hazırdır

Ölkə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə çiyin-çiyinə durmağa hazırdır.

Qətər təklif aldığı halda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında Suriyada yerüstü əməliyyatlarda iştirak etməyə hazırdır.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə əmirliyin müdafiə naziri Xalid əl-Atıya bildirib.

Nazirin sözlərinə görə, onun ölkəsinin “Ər-Riyad xahiş etdiyi” halda, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə çiyin-çiyinə durmağa hazırdır.

Bununla yanaşı əl-Atıya qeyd edib ki, əmirliyin mövqeyi artıq müəyyənləşdirilib: Suriya xalqının müdafiəsi üçün yerüstü əməliyyatın keçrilməsi tələb edilərsə, Qətərin çağırışa “hə” deyəcəyi Dohada 2015-ci ilin oktyabr ayında təsdiqlənib.