» » Deputat: Rüşvət verib məmuru yoldan çıxarırlar

Deputat: Rüşvət verib məmuru yoldan çıxarırlar

Deputat: Rüşvət verib məmuru yoldan çıxarırlar

“Bu, həddindən artıq biabırçı bir rəqəmdir”.

Azərbaycanda məhkəmələrinin səlahiyyətlərinin genişləndirilməsinə, bütövlükdə məhkəmə hakimiyyəti institutuna hörmətin artırılmasına, qaldırılmasına ehtiyac var.

ucarliyiq.biz “Qafqazinfo” istiandən xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, bu gün təəssüflər olsun ki, Azərbaycan cəmiyyyətində məhkəmələrə inam, etibar çox azdır: 

“Şəxsən mənim özümə dəfələrlə məhkəmələrlə bağlı şikayətlər daxil olub. Məsələn, mənə daxil olan son iki məhkəmə işi ilə bağlı şikayətdən bəlli olunur ki, 7 ildir vətəndaşlar məhkəmələr tərəfindən get-gələ salınır.

Bəzən insanlar hətta, o, həddə çatır ki, pul, rüşvət verib məmuru yoldan çıxarırlar, yəni, təki məhkəmələrdə sürünməsinlər. Ona görə məhkəmələrə inamın, hörmətin artırılmasına ehtiyac var”.

Millət vəkili xatırladıb ki, bu gün ABŞ-da 950 adama bir nəfər vəkil düşür: 

“Nisbətən bizə yaxın ölkələrdən biri olan Polşada 786 insana bir vəkil düşür. Bizdə isə 17 min insana bir vəkil düşür. Bu, həddindən artıq biabırçı bir rəqəmdir. Ona görə məhkəmələrin fəaliyyətində şəffaflığın, həmçinin, vəkillərinin sayının artırılmasına ehtiyac var, eyni zamanda da, Andlılar Məhkəməsinə yenidən qayıdılması lazımdır”.