» » Ukrayna Rusiyanın yük maşınlarının tranzitini dayandırıb

Ukrayna Rusiyanın yük maşınlarının tranzitini dayandırıb

Ukrayna Rusiyanın yük maşınlarının tranzitini dayandırıb

Ölkənin Nazirlər Kabineti qərar qəbul edib.

Ukraynanın Nazirlər Kabineti Rusiyaya məxsus yük maşınlarının tranzitini dayandırmaq barədə qərar qəbul edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Ukrayna hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası Ümumdünya Ticarət Təşkilatının qayda və prosedurlarını, eləcə də birtərəfli qaydada avtomobil daşımalarına dair iki tərəfli hökumətlərarası razılaşmanı pozaraq Ukrayna yük avtomobil nəqliyyatı vasitələrinin Rusiya ərazisində hərəkətini dayandırıb.

Rusiya tərəfindən izahat alınana və bu məsələ həll olunana qədər Ukrayna Rusiyada qeydiyyatdan keçmiş avtomobil nəqliyyatlarının Ukrayna ərazisində tranzit daşımalarını müvəqqəti olaraq dayandırır”, - məlumatda deyilir.