» » Erməni deputat ilə türk nazir arasında mübahisə yarandı – VİDEO

Erməni deputat ilə türk nazir arasında mübahisə yarandı – VİDEO

Erməni deputat ilə türk nazir arasında mübahisə yarandı – VİDEO

“300 ofis yandırılıb”.

Türkiyə parlamentində Kürd Demokratik xalqlar partiyasının erməni deputatı Karo Paylyan və əmək və sosial təminat naziri Süleyman Soylu arasında mübahisə düşüb.  

ucarliyiq.biz “Hurriyet”ə istinadən xəbər verir ki, Karo Paylyan nazirə onun Demokratik xalqlar partiyasının ünvanına hədələməsindən sonra Türkiyədə 300 ofisinin yandırıldığını deyib.

Bu bəyanat Süleyman Soylunun xoşuna gəlməyib. Mübahisə qızışıb, mübahisənin gedişatında nazir terrorçu “Kürd fəhlə partiyasının” (PKK) yaraqlılarının Demokratik xalqlar partiyasının (kürd yaraqlılarının siyasi qolu - red.) başında “sındırılacağını” bildirib.

Karo Paylyan buna “Həddini bil, mən deputatam!” deyərək çox kəskin reaksiya verib.