» » Azərbaycanın qisası bir xal oldu

Azərbaycanın qisası bir xal oldu

Azərbaycanın qisası bir xal oldu

Bu gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. Ucarliyiq.biz xəbər verir ki, H qrupunda yer alan milli komandamız 7-ci oyununa evdə çıxıb.
Yığmamızın rəqibi Xorvatiya millisi olub. "Bakcell Arena"da keçirilən oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, yığmamız bununla seçmə mərhələdə keçirdiyi 7 oyunda 1 qələbə qazanıb, 3 oyun heç-heçə nəticələnib, 4 dəfə isə komandamız məğlub olub (top fərqi - 4:11).
Xorvatiya və Azərbaycan milli komandaları arasında keçən il oktyabrın 13-də Osiyekdə baş tutan oyunda meydan sahibləri 6:0 hesablı qələbə qazanmışdı. Həmin matçdan sonra millimizin baş məşqçisi Berti Foqts istefa vermişdi.