» » Rusiya XİN: Əsəd istefa versə, Suriya dağılacaq

Rusiya XİN: Əsəd istefa versə, Suriya dağılacaq

Rusiya XİN: Əsəd istefa versə, Suriya dağılacaq

“Bunu suriyalılar özləri qərar verməlidirlər”.

Ölkə prezidenti Bəşər Əsəd istefa versə, Suriya dövlət kimi dağılacaq.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya XİN rəhbərinin müavini Genadi Qatilov “Spiegel” jurnalına verdiyi müsahibəsində bildirib.

“Əsəd indi getsə, Suriya dövlət kimi dağılacaq. Bunu bu gün, hətta amerikalılar da bu cür görür”, - o deyib.

Rusiyalı diplomat Əsədin – Suriyanın qanuni prezidenti olduğunu vurğulayıb.

“Amerikalılar heç vaxt “gəlin Suriyanı kimin idarə edəcəyi barədə birgə qərar verək” deyə bizdən soruşmayıblar. Biz heç vaxt belə şeylərlə məşğul olmamışıq. Bu haqda suriyalılar özləri qərar verməlidirlər”, - Qatilov qeyd edib.