» » Davudoğlu: Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir

Davudoğlu: Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir

Davudoğlu: Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir

“Biz Ukraynanı hərtərəfli dəstəkləyirik”.

Türkiyə Krımı Ukraynanın ayrılmaz tərkib hissəsi hesab edir.

ucarliyiq.biz “112.ua” saytına istinadən xəbər verir ki, bunu Ukraynada səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu həmkarı Arseni Yatsenyukla görüşdə deyib.

“Bizim üçün Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi təməl dəyərdir, ona görə biz Krımı Ukraynanın tərkib hissəsi sayırıq və Sovet İttifaqının dağılmasından sonra üzləşdiyi çətinliklərin həllində Ukraynanı dəstəkləyirik”, - Ə.Davudoğlu bildirib.

Baş nazir Ukrayna ilə Türkiyə arasında azad ticarət zonasının yaradılması haqqında saziş imzalamağa hazır olduqlarını da bildirib.

“Biz Ukrayna ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazırıq”, - Ə.Davudoğlu bildirib.