» » NATO-nun baş katibi: Moskva nüvə silahını tətbiqi ilə hədələyir

NATO-nun baş katibi: Moskva nüvə silahını tətbiqi ilə hədələyir

NATO-nun baş katibi: Moskva nüvə silahını tətbiqi ilə hədələyir

“Biz şübhəsiz ki, yeni soyuq müharibəyə can atmırıq”.

NATO yeni soyuq müharibəyə cəhd etmir, amma Rusiya indi onun üçün tərəfdaş deyil.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bu barədə “Bild” qəzetində dərc edilmiş müsahibəsində bildirib.  

“Biz şübhəsiz yeni soyuq müharibəyə can atmırıq. Amma Rusiya hazırda tərəfdaş deyil”, - o deyib.

“Dünya dostlara və düşmənlərə bölünməyəcək qədər mürəkkəbdir. Rusiya olmadan biz dünyada baş verən iri münaqişələri tənzimləyə bilmərik”, - Stoltenberq hesab edir.

“Yeni mürəkkəb vəziyyət yaranıb, buna uyğunlaşmalıyıq”, - baş katib əlavə edib.

Nüvə silahı NATO-nun dözümlülük siyasətinin bir hissəsidir, Yens Stoltenberq bəyan edib.

Onun fikrincə, Moskva “istənilən halda” nüvə silahını tətbiqi ilə hədələyib.

“Rusiya qoşunları ondan aşkarcasına istifadə edərək təlimlər keçirirlər”, - baş katib iddia edir.

“Nüvə silahının mövcud olduğu müddət, o bizim dözümlülük siyasətinin bir hissəsi olacaq”, - Stoltenberq vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, “nüvə silahının istifadəsi astanasının səviyyəsini aşağı salmaq olmaz”.