» » İŞİD Dərbənddəki terrora görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD Dərbənddəki terrora görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD Dərbənddəki terrora görə məsuliyyəti öz üzərinə götürdü

Hadisə nəticəsində iki nəfər ölüb.

İŞİD terror qruplaşması bu gün Dağıstanda baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə təşkilatın Qafqaz üzrə "bölməsinin" Tvitter hesabında yerləşdirilən məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, İŞİD döyüşçülərindən biri partlayıcı maddə ilə təchiz olunmuş avtomobili Dərbənd rayonu Yol hərəkəti təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin postu yaxınlığında partladıb.

Qeyd edək ki, hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, 6 polis və 7 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.