» » Davudoğlu Rusiyanı Suriyada xəstəxanaya hücumda ittiham etdi

Davudoğlu Rusiyanı Suriyada xəstəxanaya hücumda ittiham etdi

Davudoğlu Rusiyanı Suriyada xəstəxanaya hücumda ittiham etdi

Aviazərbələr zəmanı 50-yə yaxın dinc sakin ölüb.

Suriyada iki məktəb və beş xəstəxanaya endirilən hava zərbələri nəticəsində 50-yə yaxın dinc sakin həlak olub.

ucarliyiq.biz-ın Gazeta-ya istinadən məlumatına görə, bunu BMT baş katibinin nümayəndəsi Fərhan Haq bəyan edib.

Ölənlər arasında uşaqların da olduğu qeyd olunur. 

“Pan Qi Mun Suriyada tibb müəssisələri və məktəblərin atəşə tutulmasını beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib”- o, bildirib.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiyanı Suriya ərazisində mülki obyektlərə aviazərbələr endirməsində ittiham edib. Davudoğlu bildirib ki, fevralın 15-də Rusiya raketlərindən birinin xəstəxanaya düşməsi nəticəsində xeyli insan ölüb. 
 
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi, öz növbəsində, hücumların Bəşər Əsəd rejimi və onun tərəfdaşları tərəfindən həyata keçirildiyini bildirib, bu hərəkətlərin Münhen razılaşmalarına zidd olduğunu vurğulayıb.