» » Şeyx Hüseyn Nuri Həmədani Gəncədə (VİDEO)

Şeyx Hüseyn Nuri Həmədani Gəncədə (VİDEO)

Şeyx Hüseyn Nuri Həmədani Gəncədə (VİDEO)

İranın tanınmış din xadimi Ayətullahül-Uzma Şeyx Hüseyn Nuri Həmədani Şamaxıdan Gəncəyə gəlib.
ANS TV-nin məlumatına görə, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müşayiət etdiyi qonaq Nizami məqbərəsində olub.
Din xadiminə şairin həyat yaradıcılığı barədə ətraflı məlumat verilib. Bildirildi ki, məqbərədə təmir işləri aparılıb və yaxınlığında Nizami muzeyi inşa edilib.
Ayətullahül-Uzma Şeyx Hüseyn Nuri Həmədani və onu müşayiət edən nümayəndə heyəti bu gün Gəncədəki imamzadə kompleksində də olub.
Burada aparılan təmir işləri barəsində qonaqlara məlumat verilib.
Daha sonra isə qonaqlar və yerli sakinlər birlikdə namaz qılıblar.