» » Prosineçki: "3 oyunda qol buraxmırıqsa..."

Prosineçki: "3 oyunda qol buraxmırıqsa..."

Prosineçki: "3 oyunda qol buraxmırıqsa..."

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirilmiş oyunu şərh edib. Xorvatiyalı mütəxəssis qolsuz bitən görüşdən sonra bunları söyləyib:
"Oyunçularımla fəxr edirəm. Onlar bu gün Avropanın ən yaxşı komandalarından birinə qarşı mübarizə apardılar. Biz döyüşdük, futbol oynamağa çalışdıq. Azərbaycan futbolu üçün bu, yaxşı nəticədir. Bizim üçün hətta Malta ilə oyun da çətindir. Azarkeşlərə dəstəyə görə minnətdarlığımı bildirirəm.
- Niyə Rauf Əliyevi yox, Məhəmməd Qurbanovu oynatdınız?
- Bu suala cavab vermək istəmirəm.
- Rəqibi tanımağınız işinizə çoxmu kömək etdi?
- Bəli, xeyri oldu. Amma əsas odur ki, bu xalı öz oyunumuzla qazandıq. Belə oyun göstərdiyimizə görə fəxr edirəm. Belə rəqibə, bu cür futbolçulara qarşı oynamaq asan deyildi.
- Yığmamız artıq üç oyundur qol buraxmır və uduzmur...
- Deməli, düzgün işləyirik. Oyunçular bu dəfə də öz güclərinə inanırdılar. Uşaqlar öz üzərlərində çalışırlar. Azərbaycan bu cür futbolçularla fəxr etməlidir.
- Belə oyunla Malta ilə səfər matçında nəyə ümid edə bilərik?
- Yaxşı oyun sərgiləmək, qələbə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. İndi isə hələlik, heç-heçəni bayram edək.