» » Dənizdə boğulan 3 yaşlı uşağın atası danışdı (FOTO, VİDEO)

Dənizdə boğulan 3 yaşlı uşağın atası danışdı (FOTO, VİDEO)

Dənizdə boğulan 3 yaşlı uşağın atası danışdı (FOTO, VİDEO)

Türkiyədə cəsədi sahilə vuran Suriyalı uşağın atası mətbuata açıqlama verib.
Ucarliyiq.biz xəbər verir ki, Bodrumda Suriyalı miqrantların olduğu gəminin və qayığın batması ilə ölən iki uşağın atası Abdullah Kurdi, Türkiyə mətbuatına açıqlama verərək uşaqlarının cənazələrini Kobanidə dəfn edəcəyini deyib.
Bir neçə gün əvvəl Muğlanın Bodrum rayonunda gəmi və qayığın batması nəticəsində 12 nəfər ölüb. Ölən Suriyalı qaçqınların cəsədləri müayinə üçün Muğla məhkəmə tibbi ekspertizasının morquna aparılıb.
Qayığın batması nəticəsində Abdullah Kurdinin 27 yaşlı həyat yoldaşı Zahin Kurdi və uşaqları 2 yaşlı Aylan Kurdi ilə 3 yaşlı Qalib Kurdi həyatlarını itirib. Ölən uşaqların cəsədlərinin sahilə vurması medianın diqqətini cəlb edib. Uşaqlarının cənazələrini götürmək üçün morqa gedən ata Abdullah Kurdi jurnalistlərin suallarına cavab verib.
Kobanidə bərbərlik etdiyi bildirən Kurdi, müharibə səbəbi ilə 4 il əvvəl ailəsi ilə birlikdə Türkiyəyə yerləşib. Bodruma 10 gün əvvəl gəldiyi deyən ata heç kimə belə kədərarzulamadığını deyib:
"Müharibə səbəbindən Türkiyəyə gəlib yerləşdik, bütün dünyanın bizi görməsini və eşitməsini istəyirik. Mən belə bir kədər yaşadım. Digər insanların bu kədəri yaşamaması üçün bu açıqlamanı edirəm."
Bacım Kanada yaşayır. Bu xəbər çıxdıqdan sonra bacım Kanadada televizya verlişinə qatıldı. Kanada hökümətində bu ölkədə yaşa biləcəyim istiqamətində bir təklif aldım. Lakin bu artıq məni maraqlandırmır. Kanadaya yerləşmək istəmirəm. Cənazələri Şanlıurfanın Suruç rayonuna göndərərək, Kobaniyə geri qayıdacağam. Bundan sonra Konabidə yaşayacağam." - deyə uşağın atası bildirib.

Dənizdə boğulan 3 yaşlı uşağın atası danışdı (FOTO, VİDEO)

Suriyalı balacanın uşağın cəsədi
Dənizdə boğulan 3 yaşlı uşağın atası danışdı (FOTO, VİDEO)

Dənizdə boğulan 3 yaşlı uşağın atası danışdı (FOTO, VİDEO)

Abdullah Kurdi və uşaqları Aylan Kurdi ilə Qalib Kurdi