» » "Sahilə atılan sizin insanlığınız idi" (FOTO)

"Sahilə atılan sizin insanlığınız idi" (FOTO)

"Sahilə atılan sizin insanlığınız idi" (FOTO)

Türkiyə Muğla vilayətinin Bodrum rayonunda sahildə cəsədi tapılan azyaşlı Aylan və Qalib Kurdinin ölümü məşhurları da dilə gətirib.
Ucarliyiq.biz xəbər verir ki, məşhur türkiyəli aktrisa Tuba Büyüküstün bu hadisədən təsirlənərək yazı paylaşıb. O, #peaceforchildren (uşaqlar üçün sülh) #peaceforall (hər kəs üçün sülh) heşteqi ilə paylaşdığı yazısında uşaqlar üçün parlaq bir gələcəyin olacağına inandığını qeyd edib.
"Bir gün bütün dünyada uşaqlar güləcəklər, oyunlar oynayacaq, məktəblərə gedəcək, evlərinə qayıdacaq, sevgi ilə qucaqlanacaqlar. Bir gün bu dünyada uşaqlar həyəcan duymadan, qorxmadan böyüyəcəklər. Yaşayacaqlar... İnanıram", - yazan aktrisa eyni sözləri ingilis dilində də paylaşıb.
"Sahilə atılan sizin insanlığınız idi" (FOTO)

Tuba Büyüküstünün paylaşdığı yazı
Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) gənc üzvləri isə qeyri-adi yolla bu hadisəyə etiraz ediblər. Onlar Türkiyə sahilində tapılan 3 yaşlı Aylan Kurdinin geyiminə bənzər qırmızı köynək və göy rəngli şort geyərək 10 dəqiqə ərzində sahildə üzü üstə hərəkətsiz qalıblar. Aksiyadan sonra mətbuata açıqlama verən gənclər öz düşüncələrini belə izah ediblər: "Biz müsəlman və məsum qətliamı yoxmuş kimi davrananlara demək istəyirik ki, sahilə atılan sizin insanlığınız idi".
"Sahilə atılan sizin insanlığınız idi" (FOTO)

AKP-li gənclərin etiraz aksiyası
3 yaşlı Aylan Kurdinin ölümündən təsirlənən bir qrup insan isə hadisə ilə bağlı olan şəkillər, karikaturalar çəkiblər. "Sahilə atılan insanlıq/Humanity Washed Ashore" başlığı ilə paylaşılan şəkillərin bəzilərində uşaqlar mələklərə bənzədilir, onların sanki bu dünyadakı zalımların əzabından xilas olduğu göstərilir.
"Sahilə atılan sizin insanlığınız idi" (FOTO)

Dicvar İbrahiminin çəkdiyi rəsm
Bəzi şəkil və karikaturalarda isə uşaqların yaşaya biləcəkləri, valideynlərinin onlara yaşatmaq istədikləri həyatla son aqibətləri göstərilir. Övladlarını müharibə və səfalətdən xilas etmək istəyənlərin sonda körpələrini istəməyərək olsa belə ölümə apardıqlarını göstərib.
"Sahilə atılan sizin insanlığınız idi" (FOTO)

"Sahilə atılan sizin insanlığınız idi" (FOTO)

"Sahilə atılan sizin insanlığınız idi" (FOTO)

Xatırladaq ki, bir neçə gün əvvəl dənizdə Suriyadan qaçan miqrantların olduğu qayıq batıb. Həmin qayıqda 3 yaşlı Aylan və 5 yaşlı Qalib Kurdi və onların anası da batıb. Uşaqların atası Abdulla Kurdi baş verənləri danışarkən bildirib ki, qəfildən qayığa su dolmağa başlayıb.
"Hamı təşvişə düşdü. Mən yoldaşımın əlindən tutdum, amma uşaqlarım əlimdən çıxdı. Hamı çığırırdı. Buna görə nə uşaqlarım, yoldaşım mənim səsimi eşidə bilirdilər, nə də mən onları. Hər tərəf qaranlıq idi. Nə edəcəyimi bilmirdim. Sahilədək üzdüm, amma orada ailəmi tapa bilmədim", - deyən ata artıq Kobanidə yaşayacağını bildirib. Kanada rəsmiləri Abdullah Kurdiyə vətəndaşlıq təklif etsələr də, o övladlarını Kobaniyə aparmaq və orada dəfn etmək istəyir.
"Sahilə atılan sizin insanlığınız idi" (FOTO)

3 yaşlı Aylan Kurdi və 5 yaşlı qardaşı Qalib