» » İran neft bazarında öz kvotasından imtina etməyəcək

İran neft bazarında öz kvotasından imtina etməyəcək

İran neft bazarında öz kvotasından imtina etməyəcək

“Neft bazarı dolub”.

İran beynəlxalq neft bazarında öz kvotasından imtina etməyəcək.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə “Shana” agentliyinə İranın neft naziri Bijan Namdar Zanqane bildirib.

“Birincisi, neft bazarının dolması mühümdür, ikincisi isə İranın öz kvotasını güzəştə getməyəcək”, - Zanqane bildirib.

Bundan başqa o, İraq və Venesueladan olan həmkarlarının üçütərəfli görüş keçirmək və neft hasilatının dondurulmasını müzakirə etmək üçün çərşənbə günü gələcəklərini təsdiqləyib.

“Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloxio Pino və İraqın neft naziri Adel Abdel Mahdi çərşənbə günü İranın paytaxtına gələcəklər”, - Zanqane vurğulayıb.

Daha öncə Rusiyanın energetika naziri Aleksandr Novak OPEK ölkələrinin nümayəndələri ilə görüşüb. Görüşün nəticələrinə görə Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatını 2016-cı il yanvar ayının 11-i səviyyəsində dondurmağa hazır olduqları barədə məlumat yayılmışdı.