» » Ər-Riyad Tehranla münasibətləri bərpa etmək istəmir

Ər-Riyad Tehranla münasibətləri bərpa etmək istəmir

Ər-Riyad Tehranla münasibətləri bərpa etmək istəmir

“İran ərəb dövlətlərinin daxili işlərinə qarışmasına son qoymalıdır”.

Səudiyyə Ərəbistanı İranın karallıq ilə münasibətlərinin bərpası üçün istənilən vasitəçilikdən imtina edir.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyənin xarici işlər naziri Adel əl-Cübeyr bəyan edib.

“İran ilə münasibətlərin bərpasında vasitəçiliyə ehtiyac yoxdur”, - Səudiyyə Ərəbistanının XİN rəhbəri bidirib.

Əl-Cübeyrin iddiasına görə, “Tehran özü ikitərəfli münasibətlərin düzəlməsi üçün nə etməli olduğunu dərk edir”.

Nazirin fikrincə, “İranın Səudiyyə Ərəbistanına qarşı keçmişdə və indi həyata keçirdiyi düşmənçilik fəaliyyəti köklü şəkildə dəyişməlidir”.

Ər-Riyad hesab edir ki, ölkələr arasında böhranın tənzimlənməsi üçün İran birinci növbədə “ərəb dövlətlərinin daxili işlərinə qarışmasına və (bu ölkələrdə) konfessial əlamət üzrə yaradılmış hərbi qrupları dəstəkləməyə son qoymalıdır”.

Səudiyyə Ərəbistanı və İran arasında diplomatik münasibətlərin tənzimlənməsində öz vasitəçiliyini Rusiya, İraq, Pakistan da irəli sürüb, amma indiyə qədər tərəflərdən heç biri bu təşəbbüslərdən yararlanmayıb.