» » Ukraynada 4 şübhəli saxlanıb

Ukraynada 4 şübhəli saxlanıb

Ukraynada 4 şübhəli saxlanıb

Ukraynanın təhlükəsizlik xidməti (UTX) ötən gün paytaxt Kiyevdə rusiyameyilli qeyri-hökumət təşkilatının 4 üzvünün həbs edildiyini bildirib.
Ucarliyiq.biz xəbər verir ki, onlar Kiyevdəki yaşayış binasının girəcəklərindən birində partlayış törətmək istəyirmişlər. Xidmətin məlumatına görə, onlar təhlükəsizlik qüvvələrinə müqavimət göstərərək onlara əl qumbarası atıblar. Təhlükəsizlik qüvvələrinin cavab atəşi nəticəsində onlardan biri ayağından yaralanıb. Rəsmi Kiyev dəfələrlə bəyan edib ki, Rusiya ölkədə təxribatlar törətməklə ölkədə qeyri-sabitlik törətməyə cəhd göstərir.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6500-dən çox adam ölüb.