» » Küveyt neft hasilatının dondurulmasına razılıq verib

Küveyt neft hasilatının dondurulmasına razılıq verib

Küveyt neft hasilatının dondurulmasına razılıq verib

Ölkə bir gün ərzində 3 milyon barrel neft çıxarır.

OPEK-ə üzv olan ölkələrdən daha biri — Küveyt — neft hasilatını hazırki səviyyədə dondurmağa razılıq verib, ucarliyiq.biz Bloomberg-ə istinadən xəbər verir.

Küveyt gündə üç milyon barrel neft çıxarır. Agentliyin mənbəsi bildirib ki, razılıq ən azı 3 ay müddətində etibarlı olacaq. 

Qeyd edək ki, bundan əvvəl, Rusiya və OPEK-ə üzv bir neçə ölkənin nümayəndələri (Səudiyyə Ərəbistanı, Qətər və Venesuela) Dohada keçirilən danışıqların yekunu üzrə neft hasilatını 11 yanvara olan səviyyədə dondurmaq barədə razılıq əldə ediblər.