» » ABŞ İrana qarşı irimiqyaslı kiberhücum planlaşdırıb

ABŞ İrana qarşı irimiqyaslı kiberhücum planlaşdırıb

ABŞ İrana qarşı irimiqyaslı kiberhücum planlaşdırıb

“Nitro Zeus” adlı məxfi plan.

ABŞ Tehranın nüvə proqramına dair diplomatik cəhdlərin işə yaramadığı halda, İrana qarşı həyata keçirəcəyi irimiqyaslı kiberhücum planlaşdırmışdı.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

ABŞ-ın kəşfiyyat icmasındakı mənbələrə istinad edən nəşrin məlumatına görə, Vaşinqtonun “Nitro Zeus” adlı planı “İranın hava əleyhinə müdafiə sistemlərinə cavabdeh olan kompüterlər də daxil olmaqla elektron şəbəkələrinə”, eləcə də kommunikasiya sistemləri və ölkənin elektrik təchizatı sistemlərinə hücumu nəzərdə tuturdu.

“Nitro Zeus” planı Pentaqon tərəfindən Barak Obamanın prezidentliyinin ilkin dövründə yaradılıb. Bu plan İranın ABŞ-a və ya onun müttəfiqlərinə qarşı düşmənçilik fəaliyyətinə başlasaydı həyata keçiriləcəkdi.

Məlumata görə, haker hücumunun hazırlanmasında minlərlər kəşfiyyatçı və hərbçinin cəlb edilməsi nəzərdə tutulurdu. Bu plan üçün hətta on milyonlarla dollar sərf etmək, o cümlədən də İran kompüter şəbəkələrində casus elektron cihazlarının quraşdırılması planlaşdırılmışdı.

ABŞ kəşfiyyatı Fordda yerləşən uranın zənginləşdirilməsi zavodunun elektron sisteminə də kiberhücum hazırlayırdı, qəzet məlumat yayıb.

“Bu hücum məxfi əməliyyat olacaqdı, bu əməliyyatın başlanması əmrini, hətta ölkələr müharibə vəziyyətində olmasa da verə bilərdi”, - qəzetdə qeyd edilir.