» » Niko Kovaç: “Azərbaycan yığması 1 xala layiq idi”

Niko Kovaç: “Azərbaycan yığması 1 xala layiq idi”

Niko Kovaç: “Azərbaycan yığması 1 xala layiq idi”

“Biz 90 dəqiqə çalışdıq, qol vurmaq üçün əlimizdən gələni etdik. Amma alınmadı”.
Ucarliyiq.biz xəbər verir ki, bunu Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib.
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində H qrupuna başçılıq edən Xorvatiya millisi bu gün “Bakcell Arena”da Azərbaycan yığmasının qonağı olub və görüş 0:0 hesabı ilə nəticələnib.
Kovaç qarşılaşmadan sonra keçirilən mətbuat konfransında fikirlərini bu cür izah edib: “Azərbaycan düzgün müdafiə olundu. Prosineçkinin gəlişindən sonra rəqib komanda təkcə müdafiə futbolu oynamır. Hücum da edir. Azərbaycan yığmasının oyununda çox irəliləyiş var”.
- Mandzukiç qol şanslarını qaçırdı. Rəqibi qiymətləndirmədi, yoxsa özündə problem var?
- Bir neçə oyunçumuz qol şansını qaçırdı. Onların arasında Mandzukiç də var idi. Futbolda bəzən belə şanslardan yararlana bilmirsən. 90 dəqiqə ərzində 8-9 qol şansımız oldu ki, istifadə edə bilmədik. Azərbaycanın yaxşı müdafiə olunmağını da bir daha qeyd etməliyəm.
- Azərbaycan yığmasının üçüncülük şansını necə qiymətləndirirsiniz?
- Azərbaycanın önündəki komanda ilə 5 xallıq fərqi var. Oyunların sayı da çox azdı. Çətin olacaq.
- Modriçin əvəzlənməsi zədələnməsi ilə bağlı idi?
- Onun zədəsi yoxdu. Bizim 3 gündən sonra çətin oyunumuz olacaq. Hava isti idi, rəqib də güclü oynadı. Növbəti matçı da nəzərə alıb Modriçi əvəzlədim.
- Azərbaycan yığması sizdə necə təəssürat yaratdı?
- Azərbaycan millisini bu oyuna görə təbrik edirəm. 90 dəqiqə mübarizə apardı və layiqli 1 xal qazandı.//Apasport.az