» » Çavuşoğlu Məmmədyarov və Canelidzenin görüşünə gələ bilmədi

Çavuşoğlu Məmmədyarov və Canelidzenin görüşünə gələ bilmədi

Çavuşoğlu Məmmədyarov və Canelidzenin görüşünə gələ bilmədi

Tbilisidə üç ölkənin XİN rəhbərlərinin görüşü keçiriləcək.

Aeroportda qatı duman üzündən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tbilisiyə gələ bilməyib.

ucarliyiq.biz Sputnikə istinadən xəbər verir ki, bu barədə “Rsutavi2” telekanalının efirində bildirilib.  

Tbilisinin Ş.Rustavelli adına beynəlxalq aeroportunda hava şəraitinə görə beş reys ləğv edilib, beş reys isə təxirə salınıb. Onların arasında Kiyevdən olan reys də var idi, bu reyslə Çavuşoğlu başda olmaqla türk heyəti Tbilisiyə gəlməli idi.

Türkiyənin xarici işlər naziri Gürcüstana gün ərzində gələcək və Gürcüstan rəhbərliyi ilə planlaşdırılmış görüşləri keçirəcək.

Bundan başqa Çavuşoğlu cümə günü Gürcüstan, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək.