» » Rusiyada 2 milyonluq rəsm oğurlayan azərbaycanlı saxlanıldı

Rusiyada 2 milyonluq rəsm oğurlayan azərbaycanlı saxlanıldı

Rusiyada 2 milyonluq rəsm oğurlayan azərbaycanlı saxlanıldı

Vurulan zərərin ümumi məbləği 260 min dollar təşkil edir.

Yuli Kleverin iki milyon rubl dəyərində olan “Baxımsız park” əsərinin oğurlanmasında şübhəli bilinərək həbs edilən Azərbaycan vətəndaşı Valeh Əzizov, daha bir neçə dəyərli sənət əsərinin oğurladığını etiraf edib.  

ucarliyiq.biz Lifenews-a istinadən xəbər verir ki, onun I Nikolayın fəsillər vazası, Konstantin Makovskinin “Mülkədar”, Vasili Polenovun “Attityud” və Feodr Malyavinin üç əsərinin qarətində əli var.

“Baxımsız park” əsəri ilə olduğu kimi, fırıldaqçı kolleksionerlər antik əşyanı sataraq pulu onlara verəcəyini vəd edib. Qarətdən əldə edilmiş gəlirin ümumi məbləği 20 milyon rubldur (260 000 dollardır).