» » İçərişəhər sakini öz avtomobili ilə evinə gedə bilmir (VİDEO)

İçərişəhər sakini öz avtomobili ilə evinə gedə bilmir (VİDEO)

İçərişəhər sakini öz avtomobili ilə evinə gedə bilmir (VİDEO)

İçərişəhər sakini şəxsi avtomobili ilə evinə gedə bilməməsindən giley edir.
ANS TV-nin məlumatına görə, Rəşad Yahyayev deyir ki, neçə ildir ki, İçərişəhər dövlət qoruğu ərazisində yerləşən mənzilində yaşayır. Hər dəfə işdən evə öz şəxsi avtomobili ilə gəlir. Amma son iki ay ərzində onun avtomobilinin qoruq ərazisinə girişi məhdudlaşdırılıb.
Şikayətçi bildirir ki, ona verilən şlaqbaum üçün istifadə olunan kart dövlət qoruq idarəsi tərəfindən bloklaşdırılıb. Hər dəfə avtomobil içəri salmaq üçün dayanacaqlara artıq aylıq pul ödəməli olub. Halbuki onun mənzilinin qarajı da var. Deyir ki, dövlət qoruğunun mənzil komunal idarəsinin mənimlə şəxsi-qərəzliliyi var.
İçəri daxil olmağa icazə verməmələrinin heç bir yazılı və ya şifahi əsası da yoxdur. Baxmayaraq ki, müsahibim aidiyyatı qurumlarada müraciət edib.
“İki gün ərzində onlarla mübahisə etdikdən sonra axşam məni içəri buraxdılar. Səhər isə mənim diqqətimə çatdırdılar ki, bir daha əraziyə burxmayacaqlar. Bütün bunları tək özümə qarşı deyil, insaniyyətliyə qarşı hörmətsizlik sayıram. Şəhərin ortasında hamı tərəfindən nümunə göstərilən ərazi üzrə fəaliyyət göstərən qurumda belə bir olayların baş verməsi anlaşılamzdır”, – deyə şikayətçi Rəşad Yahyayev bildirib.
Onun avtomobili ilə birlikdə dövlət qoruğunun şlaqbaumuna yaxınlaşdıq. Əvvəlcə Rəşad bəy ona məxsus kartı aparata yaxınlaşdırır. Amma o, istəyinə nail ola bilmədi. Əraziyə gələn mühafizəçilər isə Rəşad bəyə səbəbi izah edə bilmədi.
Rəşad Yahyayev öz avtomobilini geri çəkməkdən imtina etdi təxminən iki saatdan sonra Qoşa Qala qapısı kimi tanınan ərazidə nəqliyyatın sıxlığı yarandı. Mühafizə işçiləri məcbur olub avtomobil sürücülərini digər girişlərə yönləndirirdi.
Məsələ ilə bağlı İçərişəhər dövlət tarixi memarlıq qoruğu idarəsinin mətbuat xidməti Rahib Azəri ilə əlaqə saxladıq. Qurum rəsmisi paytaxtadan kənarda olduğunu dedi. Bildirdi ki, problemə səbəb vətəndaşa məxsusu giriş kartının işlək vəziyyətdə olmamasıdır. Bu məsələ də tezliklə araşdırılacaq.