» » İran neft hasilatını dondurmaqdan imtina edib

İran neft hasilatını dondurmaqdan imtina edib

İran neft hasilatını dondurmaqdan imtina edib

Bu, Dohada imzalanan razılaşmanın yerinə yetirilməsini imkansız edir.

İran hakimiyyəti neft hasilatının səviyyəsinin məhdudlaşdırılması üçün bir səbəb görmədiklərini və çərşənbə axşamı Dohada Rusiya və OPEK-in üç üzv ölkəsi tərəfindən bağlanılan müvafiq razılaşmaya qoşulmaq niyyətində olmadıqlarını bildiriblər.

ucarliyiq.biz bu barədə BBC-yə istiandən xəbər verir.

İran ilə OPEK-in qarşılıqlı fəaliyyətinə cavabdeh olan məmurların sözlərinə görə, Qərbin Tehrana qarşı sanksiyalar tətbiq etdiyi dövrdə  bir çox ölkələr neft hasilatının səviyyəsini artırırdılar. İndi bu sanksiyalar ləğv edilib, İran neft hasilatının səviyyəsini artırmağı düşünür.  

Tehranın qərarı Dohada imzalanan razılaşmanın həyata keçirilməsini imkansız edəcək. Belə ki, əsas şərt olaraq burada  analoji tədbirlər üçün İranın da daxil olduğu OPEK-in bütün üzv ölkələrinin razılığı lazımdır. Bu səbəbdən də danışıqların hələ də davam edəcəyi istisna edilmir.

OPEK-in bəzi üzv ölkələri artıq razılığı dəstəkləyiblər. Neftin hasilatının dondurulmasına hazır olmasını rəsmi olaraq Küveyt hakimiyyəti elan edib.   

Ölkənin neft nazirliyinin məlumatına görə, Küveyt neft hasilatının gündə 3 milyon barel səviyyəsində saxlamağa hazırdır. Amma o, bu razılaşmanı yalnız OPEK-in bütün üzv ölkələrinin iştirakı ilə həyata keçirmək olar.    

Neftin hasilatının cari ilin yanvar ayının səviyyəsində saxlamağı Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela razılığa gəliblər. Birlikdə bu ölkələr dünya neft ehtiyatlarının dörddəbirini hasil edirlər.