» » Gürcüstan və Türkiyə hökumətləri Strateji Əməkdaşlıq Şurasını yaradacaqlar

Gürcüstan və Türkiyə hökumətləri Strateji Əməkdaşlıq Şurasını yaradacaqlar

Gürcüstan və Türkiyə hökumətləri Strateji Əməkdaşlıq Şurasını yaradacaqlar

“Yüksək səviyyəli orqanın fəaliyyəti çox vacibdir”.

Gürcüstan və Türkiyə hökumətləri mart-aprel aylarında Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə razılığa gəliblər.

ucarliyiq.biz “Vzqlayad”a istinadən xəbər verir ki, bu barədə Tbilisidə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, yüksək səviyyəli orqanın fəaliyyəti çox vacibdir.  Şuranın yaradılması barədə qərar Davosda Dünya İqtisadi Forumu çərçivəsində iki nazir arasında keçirilən görüşdə verilib. Ankara iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək və Gürcüstana ixracını artırmaq istəyir.

“Bizi çoxsaylı layihələr birləşdirir. Bu, Batumi hava limanı, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft kəmərləridir. İlin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu da istismara veriləcək”, - Türkiyənin XİN rəhbəri bildirib.

Gürcüstanın strateji tərəfdaş olduğunu vurğulayan M.Çavuşoğlu NATO-nun iyulda Varşavada keçiriləcək sammitində Gürcüstana tam dəstək vəd edib. O, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini də bildirib.

Qeyd edək ki, cümə günü həmkarları ilə görüş üçün Azərbaycanın XİN rəhbəri də Gürcüstana səfər edəcək.