» » ABŞ-dan Türkiyəyə dəstək mesajı

ABŞ-dan Türkiyəyə dəstək mesajı

ABŞ-dan Türkiyəyə dəstək mesajı

“Türk dostlarımızla birlikdəyik”.

ABŞ Türkiyənin paytaxtı Ankarada baş vermiş terror aktını kəskin şəkildə pisləyib.

ucarliyiq.biz xəbər verir ki, Ağ Evin Beynəlxalq təhlükəsizlik şurasının sözçüsü Ned Prays yaydığı yazılı bəyanatda “ABŞ Ankarada baş vermiş terror hücumunu kəskin şəkildə pisləyir” ifadəsinə yer verib.

Hücumda həlak olanların ailələrinə başsağlığı, yaralılara şəfa diləyən Prays “terror təhlükəsi ilə mübarizədə NATO üzrə müttəfiqimiz Türkiyə ilə möhkəm tərəfdaşlığımızı bir daha təsdiqləyirik”, - deyə o bəyan edib.

ABŞ-ın müdafiə naziri Eşton Karter (əsas fotoda) də yaydığı açıqlamada “Müdafiə Nazirliyinin adından Ankaradakı terror hücumunda həyatlarını itərənlərin ailələrinə başsağlığı verirəm”, - deyib.

Karter xain hücumu kəskin şəkildə pislədiyini vurğulayaraq “türk dostlarımızla birlikdəyik” qeyd edib.

Bu hücum terror qarşı apardığımız mübarizədə əməkdaşlığımızı daha da dərinləşdirəcək”, - deyə o vurğulayıb.