» » Davudoğlu: Biz geri çəkilməyəcəyik

Davudoğlu: Biz geri çəkilməyəcəyik

Davudoğlu: Biz geri çəkilməyəcəyik

“Mən xalqımızın iradəsinə və müdrikliyinə inanıram”.

Biz 78 milyonluq xalqımızla bərabər zorakılığa və terrora qarşıyıq.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Ankarada terror aktından sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Türkiyə qanuni hüququndan və ədalət uğrunda mübarizəsindən imtina etməyəcək. Bu hücum bizim xalqımıza, bizim demokratiyamıza qarşıdır. Onlar öz məqsədlərinə çatmayacaqlar”, - deyə baş nazir qeyd edib.

Əhməd Davudoğlu türk xalqını şər qüvvələri qarşısında dayanmaq üçün daha da sıx birləşməyə çağırıb.

“Biz terror təşkilatlar ilə mübarizədə geriyə addım atmayacağıq. Mən öz mənfur məqsədlərinə çatmaq üçün terrordan və təxribatdan istifadə edən şər qüvvələrini məhv etməyə qadir olan xalqımızın iradəsinə və müdrikliyinə inanıram. Bizim xalqımız bütün çətinliklərin öhdəsindən gələcək, yolunda qurulmuş bütün süni maneələri aşacaq.

Türkiyə öz konstitusiyası çərçivəsində, hüquq və ədalət prinsiplərinə əsaslanan mübarizəsini davam edəcək. Bizim birinci dərəcəli vəzifəmiz vətəndaşların müdafiəsini təmin etmək, ölkənin və dövlətin təhlükəsizliyini qorumaqdır”, - Əhməd Davudoğlu bildirib.