» » Moskvada 10 minlik məscid açılır

Moskvada 10 minlik məscid açılır

Moskvada 10 minlik məscid açılır

Moskvada 10 min nəfərin rahat yerləşəcəyi məscidin təntənəli açılışı sentyabrın 23-də olacaq.​
Ucarliyiq.biz xəbər verir ki, Qurban bayramı ərəfəsində baş tutacaq mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Fələstin lideriMahmud Abbas da qatılacaqlar. Açılışda demək olar ki, bütün müsəlman ölkələrindən nümayəndə heyəti iştirak edəcək. Rekonstruksiya nəticəsində məscidin tutumu 18 900 kvadrat metrə çatdırılıb. Məscid 1904-cü ildə tikilib. Tatar taciri Salih Erzinin sifarişi əsasında onu memar A.Jukov inşa edib. Rekonstruksiya üçün köhnı məscid tamamilə sökülüb. Yenidənqurma işləri 10 il davam edib. Minarələrin hündürlüyü 72 metrdir.
Moskvada 10 minlik məscid açılır

Bu, yenidən qurulan məscidin bu il avqustun 23-də çəkilmiş fotosudur.