» » Rusiyadan Ankaradakı terrorla bağlı – AÇIQLAMA

Rusiyadan Ankaradakı terrorla bağlı – AÇIQLAMA

Rusiyadan Ankaradakı terrorla bağlı – AÇIQLAMA

“Onun təşkilatçıları və səbəbkarları bu əmələ görə cavab verməlidirlər”.

Ankarada törədilən terror aktı beynəlxalq terrorizm ilə mübarizədə bütün dövlətlərin birləşməsinin lazım olduğunu göstərir.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya XİN-in yaydığı məlumatda deyilir.

“Fevral ayının 17-də Ankarada baş verən terror aktı il əlaqədar türk xalqına dərin hüznlə başsağlığı veririk. Həlak olanların yaxınlarına və qohumlarına səbr diləyirik. Bu dəhşətli aksiya zamanı yaralananların tezliklə sağalmasını diləyirik”, - bəyanatda deyilir.

Nazirlikdə “bu vəhşi cinayətin bəraəti olmadığını” vurğulayıblar.

“Onun təşkilatçıları və səbəbkarları bu əmələ görə cavab verməlidirlər. Baş verənlər beynəlxalq terrorizm ilə mübarizədə bütün dövlətlərin birləşməsinin lazım olduğunu göstərir”, - Rusiya XİN-də bildirilib.