» » Türkiyədə növbəti terror aktı

Türkiyədə növbəti terror aktı

Türkiyədə növbəti terror aktı

Türkiyənin şərqində Tuncəli vilayətinin Hozat şəhərində PKK terrorçularıın avtomobili partlatması nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

Ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə şənbə günü, sentyabrın 10-da, Hurriyet qəzeti məlumat verir.

Məsafədən idarə olunan partlayıcı qurğu avtomobil hərəkətdə olarkən işə salınıb. 

Hüquq-mühafizə orqanları terrorçuların axtarışına başlayıb. Bölgəyə güc strukturlarının əlavə qüvvələri və hərbi helikopterlər göndərilib.