» » Davudoğlu Ankarada partlayış törədən şəxsin adını açıqladı

Davudoğlu Ankarada partlayış törədən şəxsin adını açıqladı

Davudoğlu Ankarada partlayış törədən şəxsin adını açıqladı

9 nəfər saxlanılıb.

Ankarada törədilən terror aktına görə, terror kürd təşkilatları məsuliyyət daşıyır.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

“Hazırda biz dəqiq deyə bilərik ki, hücuma görə məsuliyyəti Türkiyədə fəaliyyət göstərən separatçı Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqədə olan “Xalq özünümüdafiə qüvvələri” terror təşkilatı (YPG) daşıyır.

İcraçı əslən Suriyadan olan Salih Necərdir. Bizim təhlükəsizlik qüvvələrimiz teror aktına aidiyyatı olan daha 9 nəfəri saxlayıb”, - o bəyan edib.

Türkiyə Kürd Fəhlə Partiyasını terror təşkilatı, “Xalq özünümüdafiə qüvvələri”ni isə onun Suriyada fəaliyyət göstərən qolu hesab edir.